7-47
Neft bumu və iqtisadi artımın templəri: qisa və uzunmüddətli dövrlərdə təsirin emprik araşdırılması
Authors: Həmzə Xəlilov
Number of views: 503
İqtisadi böyüməyə təsir xüsusiyyətləri ilə əlaqədar, “neft ölkələri”ndə artımın templəri və strukturu barədə dəyərləndirmələrin, ölkələrarası müqayisələrin bu ölkələrdə baş vermiş hasilat bumu amilinin, onun qısa, orta və uzun müddətli nəticələrinin nəzərə alınmaqla aparıması məqsədəuyğun olur.
Məqalədə müvafiq məlumatların statistik metodlarla təhlili əsasında, neft bumlarının sıçrayışlı artım templərini şərtləndirdiyi, hasilatın post-pik şəraitində isə iqtisadi artım templərinin karbohidrogen resursları hasilatının dinamikası, neft gəlirlərinin iqtisadi və sosial inkişaf məqsədləri üçün istifadəsi miqyasları ilə yanaşı, həm də yüksək ÜDM bazası effektinin təsiri ilə formalaşdığı aşkar olunur. Göstərilir ki, yüksək ÜDM bazası effektinin nəzərə alınması, hasilat bumunun pik nöqtəsindən sonra iqtisadi artım templərinin qisamüddətli dövrdə kəskin aşağı düşməsinin və yaxud da, bəzən uzunmüddətli dövrdə də, nisbətən aşağı artım templərinin müşahidə edilməsinin, bütün hallarda, “resusr lənəti”nin təzahürləri kimi qiymətləndirilməsinin düzgün olmadığını deməyə imkan verir.
Digər tərəfdən, təbii resurslarla zəngin ölkələr kimi, neft iqtisadiyyatları üçün ümumiyyətlə, aşağı artım templərinin xas olması, araşdırılan dövr üzrə empirik təhlillərin nəticələri ilə sübutunu tapmır. Müvafiq amillərin təsirilə, iqtisadi artım templəri ayrı-ayrı ölkələrdə və konkret müddətlərdə nisbətən aşağı ola bilir.
Açar sözlər: neft bumu, iqtisadi artım, iqtisadi artım tempi, neft iqtisadiyyatlı ölkələr, yüksək ÜDM bazası effekti.