Tədqiqatın əsas məqsədi Azərbaycanda müasir investisiyanın mühitini qiymətləndirməkdir. Son bir neçə il ərzində Azərbaycan hökuməti ölkəni dünya iqtisadiyyatı bazarına daha çox inteqrasiya etmək, xarici investisiyaların cəlb edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və müsbət artımı təmin etmək üçün çalışır. İqtisadi diversifikasiyanı dəstəkləmək üçün xarici investisiyaların cəlb edilməsi Cənab Prezident İlham Əliyevin göstərdiyi hədəflərdir. Son bir neçə il ərzində dünya bazarında gözlənilən neft qiymətlərinin aşağı olması və onların büdcə gəlirlərinə təsir göstərməsi Azərbaycan hökumətinin daha geniş və əhatəli islahatlar aparmasına səbəb oldu. Cənab Prezident İlham Əliyev iqtisadiyyatın neft və qaz hasilatından - kənd təsərrüfatı, nəqliyyat, turizm, informasiya və kommunikasiya texnologiyaları sahələrinə diversifikasiyaya kömək etmək üçün investisiyaların cəlb edilməsi məqsədi ilə göstərilən sahələri əsas hədəf hesab etmişdir.